Tərkibi:
90 qram bibər (doğranmış)
8 ədəd yumurta
150 ml az yağlı süd
90 qram çedar pendiri
Duz, istiot
Bişirmək üçün sprey yağ
Hazırlanması:
Sobanı 190 dərəcə isdin. Qəlibləri yağlayın. Hər boşluğa bibərləri əlavə edin.
Süd ilə yumurtanı çırpın, duz, istiot səpin. Yumurtalı qarışımı bibərlərin üzərinə əlavə edin. Üzərinə pendir qoyun.
Muffinləri sobada 20 dəqiqə bişirin.
Nuş olsun!