Tərkibi:
3 ədəd yer kələmi (kohlrabi)
6 ədəd kök
150 qram lobya ( dondurulmuş)
150 qram yaşıl noxud
2 y/q susam
10 qram zəncəlif
120 qram miso sousu
60 ml zeytun yağı
1 ç/q susam yağı
60 ml sirkə
1 y/q bal
Hazırlanması:
Yer kələ və kökü dilimləyin. Yaşıl noxudların uclarını kəsin.
Böyük bir qaba kök, yer kələmi, lobya və yaşıl noxudları əlavə edin.
Digər kök və zəncəfili blenderdən keçirin. Bir qaba zeytun yağı, miso sousu, sirkə, bal, susam yağı, və bir az su əlavə edib qarışdırın.
Hazırladığınız sous və susam dənələrini salata əlavə edin. Servis edə bilərsiniz.
Nuş olsun!