Təkibi:
2 ədəd pomidor
1 ədəd yaşıl soğan
2 ədəd yumurta
7 x/ q duru yağ
2 ç/ şəkər
1 ç/q duz
Hazırlanması:
Pomidorları alma dilimi şəklində doğrayın. Yaşıl soğanı incə-incə doğrayın və bir kasada yumurtaları çırpın.
İsti tavada yumurtanı bişirin.
Bir tavada yağ qızdırın və 1-2 dəqiqə soğanları qovurun. Sonra pomidor və şəkəri əlavə edərək yumşalana kimi bişirin.
İstəyə görə nanə və ya cəfəri əlavə edə bilərsiniz.
Bişən pomidorların içinə yumurtaları əlavə edərək 1-2 dəqiqə qarışdırın və servis edin.
Nuş olsun!