1 nəfərlik
Tərkibi:
1 toyuğun döş əti (kiçik)
1/2 avokado
100 ml toyuq suyu
1 dəfnə yarpağı
1/3 soğan (qırmızı)
1/2 bibər (qırmızı)
2 dilim sendviç çörəyi
2 yarpaq kahı
30 qram krem pendir
Şirin bibər sousu üçün duz, bibər
Hazırlanması:
Böyük bir qazanda toyuq və dəfnə yarpağını toyuq suyunda qaynadın. Bişdikən sonra qazandan çıxardıb soyumaq üçün kənara qoyun.
Qırmızı soğan, bibər və avokado incə lent şəklində kəsin.
Çörək dilimlərini orta dərəcədə 1-2 dəqiqə qızardın.
Toyuğu lentlər şəlində kəsin. Bir dilim çörəyə, kahı, toyuq, avokado, bibər və soğan qoyun. Duz və qara istiot səpin.
Çörəyin digər hissəsinə krem pendir çəkib servis edin.
Nuş olsun!