Tərkibi:
5 ədəd yumurta
3 yemək qaşığı süd
150 qram şor pendir
150 qram ispanaq
Təzə sürtgəcdən keçirilmiş hind qozu
Duz, qara istiot, qızartmaq üçün kərə yağı
Hazırlanması:
Qaba yumurta və südü əlavə edib, qarışdırın.
İspanağı təmizləyib, tavaya qoyun. Üzərinə hind qozu, duz və qara istiotu səpin.
Qızartma tavasında kərə yağını əridin. Yumurtanı əlavə edin. 1-2 dəqiqə gözlədikdən sonra ispanaq və pendiri əlavə edin.
Bişdikdən sonra qatlayıb servis edə bilərsiniz.
Nuş olsun.