Tərkibi:
4 ədəd soğan
3-4 ədəd yumurta
100-150 qram pendir
2 ədəd alma
1 banka mayonez
Duz, göyərti
Hazırlanması:
Soğanı nazik uzun halqa şəkində doğrayın. Aşsüzənə soğanları qoyub, üzərinə qaynar su əlavə edin. Sonra üzərinə soyuq su gəzdirin və bərk sıxın. Soğanları bir qaba düzün. Üzərinə mayonez çəkin.
Yumurtaları bişirib, xırda doğrayın. Soğanın üzərinə səpin. Sonra yenə mayonez çəkin. Sonra pendiri sürtgəcin iri gözündən keçirin və mayonezin üzərinə səpin. Yenə mayonez çəkin. Almaları sürtgəcin iri gözündən keçirib, salatın üzərinə səpin. Üzərini yanlarını mayonezlə düzəldin. Aralarına duz səpməyi unutmayın. Üzərinə göyərti səpin.