Meksika mətbəxi
Tərkibi:
80 qram kərəviz kökü
150 qram cücə
40 qram şirin qırmızı bibər
1 ədəd yumurta
40 qram soğan
80 qram kahı
10 qram sirkə
20 qram zeytun yağı
Duz
Hazırlanması:
Cücənin qaynadılmış döş ətini nazik uzunsov formada doğrayın. Kərəvizi sürtgəcin iri gözündən keçirin. Soğan və qırmızı bibəri dairə şəklində doğrayın. Yumurtanı suda bərk qaynadıb, xırda doğrayın. Kahı yarpaqlarını nazi çubuq şəklində doğrayın. Bütün bunları qarışdırın. Qarışımın üzərinə duz, sirkə və zeytun yağını əlavə edin.