Tərkibi:
150 qram toyuq
60 qram xiyar
2 ədəd yumurta
80 qram kartof
1 dəstə cəfəri
2 xörək qaşığı mayonez
1 xörək qaşığı duza qoyulmuş göbələk
100 qram yaşıl noxud
1 dəstə yaşıl soğan
Duz
Hazırlanması:
Qızardılmış və ya qaynadılmış toyuq ətini xırda şəkildə doğrayın. Qaynadılmış kartof, duza qoyulmuş göbələk, xiyar, bərk qaynadılmış yumurta, yaşıl soğan və xırda doğranmış cəfərini ətə qatıb, duzlayıb, istiotlayın. Üzərinə mayonez və xama əlavə edin.
Süfrəyə verməzdən əvvəl yaşıl salat yarpaqları, cəfəri göyərtisi, təzə pomidor, yaşıl noxudla bəzəyin.