Tərkibi:
"Zeytun bağları" zeytun yağı
Yumurta - 2 ədəd
Lobya - 150 q.
Baş soğan - 150 q.
Göbələk - 300 q.
Keşniş - 1 dəstə
Duz və istiot
Hazırlanması:
Əvvəlcə lobya yuyulur.
Sonra lobya bişməyə qoyulur. Tam bişdikdən sonra suyu süzülür.
Soğan soyulur, yuyulur. Sonra şəkildəki kimi xırda - xırda doğranır.
Göbələyi xırda-xırda doğrayın.
Bişmiş yumurta sürtgəcin orta gözündən keçirilir.
Tavaya yağ tökün, bir az yağ qızan kimi soğanı yağın içinə əlavə edin, biraz qovurun.
Soğan qovrulanda üzərinə köbələyi əlavə edin. Vam odda qızardın.
Soyumuş govrulmuş soğanı və göbələyi bir qaba qoyuruq.
Sonra salatın üzərinə sürtgəcdən keçirilmiş yumurta əlavə edirik.
Daha sonra hazır salatın üzərinə duru yağ əlavə edin. Son da istəsəniz xırda doğranmış keşniş əlavə edə bilərsiniz.
Salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)