Qadin.NET / "8 Mart" salatı (foto resept)

"8 Mart" salatı (foto resept)

 

Tərkibi:

Toyuq əti- 300 q.

Yumurta - 3 ədəd

Konservləşdirilmiş qarğidali - 200 q.

"Zeytun bağları" zeytun yaği - 1 x. q.

"Best Cow" kərə yaği - 30 q.

Pendir - 30 q.

Göbələk - 200 q.

Baş soğan - 1 ədəd

Şüyüd - 1 dəstə

Qirmizi şirin bibər - 1 ədəd (bəzək ücün)

Mayonez

Duz

 

Hazırlanması: 

Əvvəlcə duzlu suda toyuq ətini bişirin, sonra xırda-xırda doğrayın.

Soğanı təmizləyib xırda-xırda doğrayın, taveyə kərə yağı və duru yağ əlavə edin və soğanı bir az qovurun.

Köbələyi xırda-xırda doğrayın, sonra qovrulmuş soğanın üzərinə əlavə edin,

biraz duz və istiot səpin və suyu çəkilənə qədər qovurun.

Indi boşqaba 2 kiçik stəkan qoyun və onların ətrafında hazır ərzaqlari üst-üstə yığın.

Əvvəlcə doğranmış toyuq ətini qoyun.
Üzərinə moyanez çəkirik.
Növbəti qata qovrulmuş soğanı və göbələyi yayırıq.
Üzərinə moyanez çəkirik.
Sonra qarğıdalı səpilir. Yenə üzərinə moyanez çəkirik.
Pendiri sürtgəcin xırda gözündən keçirib mayonezin üzərinə səpirik.
 Sonra üzərinə yenə moyanez çəkirik.
Yumurtanın ağını sürtgəcin xırda gözündən keçiririk.
Üzərinə moyanez çəkirik.
Çox ehtyiatla stəkanları çıxarırıq.
Sonda kənarlarina və 8 - in icərisinə yumurtanın sarısı səpilir və beləcə soyuducuya qoyuruq.
Süfrəyə verərkən öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.
Budur, "8 Mart" salatımız hazırdır! 
 Nuş olsun!
8 Mart - Beynəlxalq Qadınlar Gününüz mübarək, əziz xanimlar!  
(Tərcümə edilib) 
8 mart 2017
GO BACK