Qadin.NET / Kələm salatı (foto resept)

Kələm salatı (foto resept)

Tərkibi:

Qırmızı kələm - 350 q.

Ağ kələm - 350 q.

Alma sirkəsi - 1 x. q.

Yaşıl alma - 1 ədəd

Zeytun yağı - 2 x. q.

Duru yağ- 70 q.

Üzüm qurusu - 70 q.

Xama - 250 q.

Şüyüd - 1 dəstə

Kök - 2 ədəd

Duz və istiot

Hazırlanması:
Kələmlər yuyulur. Sonra şəkildəki kimi xırda doğranır.
Sonra kələm bir azca ovulur. 

İndi kök sürtgəcin iri gözündən keçirilir və doğranmış kələmin üzərinə səpilir. 

Kənarda alma soyulur, nazik dilimlərə doğranır və salatın üzərinə əlavə edilir.

İndi salat üçün sous hazırlayaq:

Sousu hazırlamaq üçün yoqurt və şüyüd bir qabda yaxşı qarışdırılır.

Duz, istiot, sirkə və zeytun yağı əlavə edib bir daha qarışdırın.

  Sonra hazır sousu salatin üzərinə əlavə edin.  

Sonra yenə yaxşı-yaxşı qarışdırın.
İndi yuyulmuş üzüm qurusu salata əlavə edilir.
Sonra yaxşı qarışdırın, salat qabına qoyun, üzərinə doğranmış şüyüd və qovrulmuş günəbaxan tumlarını səpin.
Budur salatımız hazırdır.
 Nuş olsun!
(Tərcümə edilib)
14 iyul 2017
GO BACK