Tərkibi:
Qırmızı kələm - 250 q.
Ağ kələm - 250 q.
Alma sirkəsi - 1 x. q.
Xama və ya yoqurt - 100 q.
Konservləşdirilmiş qarğıdalı - 1 qutu
Xardal - 1 x. q.
Şəkər tozu - 2 - 3 ç. q.
Çəfəri - 1 dəstə
Kök - 2 ədəd
Duz və istiot
Hazırlanması:
Ağ kələm yuyulur. Sonra şəkildəki kimi xırda doğranır, və bir azca ovulur.
Qırmızı kələm doğranır. Sonra bu kələm də bir azca ovulur.
Daha sonra çəfəri xırda doğranılır və doğranmış kələmin üzərinə səpilir.
Qarğıdalının suyu süzülür, yaxalanır, sonra salat qabına əlavə olunur.
Hamısını böyük bir qaba töküb qarışdırın.
İndi salat üçün sous hazırlayaq:
Sousu hazırlamaq üçün xama və ya yoqurt, xama, sirkə, xardal, şəkər tozu, duz və istiot bir qabda yaxşı qarışdırılır.
Son da xama qarışığını əlavə edib, salatımızı yaxşı qarışdırırıq.
Salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)