Qadin.NET / Rəngarəng salat (foto resept)

Rəngarəng salat (foto resept)

Tərkibi:

"Zeytun bağları" zeytun yağı

Çuğundur - 1 ədəd

Mal əti - 200 q.

Kələm - 150 q.

Kartof - 2 ədəd

Kök - 2 ədəd

Nar - 1 ədəd

Duz - istiot

Bəzək üçün:

Cəfəri, şüyüd və keşniş

Hazırlanması:
 

Əvvəlcə ət xırda şəkildə doğranır.

Tavaya yağ tökün, bir az yağ qızan kimi əti yağın içinə əlavə edin, duz səpin. Vam odda qızardın.  
Kartof soyulur, xırda doğranılır. 
İndi doğranmış kartofu yağda qızardırıq. 
Kələm xırda doğranır. 
Kök yuyulur. Sonra sürtgəcin orta gözündən keçirilir. 
Çuğundur sürtgəcin orta gözündən keçirilir. 
Göyərtilər yuyulur. Sonra xırda doğranır.
Nar dənələnir, qabın ortasına qoyulur.
Süfrəyə verərkən duz və mayonez əlavə edib, bütün hamısını bir yerdə yaxşı qarışdırırıq.  

Zövqə uyğun, öz fantaziyanıza uyğun qarışdırıb bəzəyə bilərsiniz.

Budur, salatımız hazırdır! 
Nuş olsun!

 (Tərcümə edilib)

16 fevral 2017
GO BACK