Tərkibi:
Qırmızı kələm - 250 q.
Ağ kələm - 250 q.
Alma sirkəsi - 2 x. q.
Mayonez - 70 q.
Xama - 70 q.
Xardal - 1 - 2 ç. q.
Şəkər tozu - 1 ç. q.
Keşniş - 1 dəstə
Kök - 150 q.
Duz və istiot
Hazırlanması:
Kələm yuyulur. Sonra şəkildəki kimi xırda doğranır.
Kələmin üzərinə bir çimdik duz səpilir və bir azca ovulur.
İndi kök sürtgəcin iri gözündən keçirilir və doğranmış kələmin üzərinə səpilir.
Sonra şüyüd xirda doğranılır və doğranmış kələmin üzərinə səpilir.
Hamısını bir qaba töküb qarışdırın.
İndi salat üçün sous hazırlayaq:
Sousu hazırlamaq üçün mayonez, xama, sirkə, xardal, şəkər tozu, duz və istiot bir qabda yaxşı qarışdırılır.
Son da mayonez qarişiğini əlavə edib, salatimizi yaxşi qarişdiririq.
Salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)