4 porsiya
Tərkibi:
1 banka ağ lobya
300 qram yaşıl lobya
250 qram kiçik pomidor
4 xörək qaşığı üzüm sirkəsi
6 xörək qaşığı zeytun yağı
600 qram quzu əti
2 xörək qaşığı əridilmiş "Best Cow" kərə yağı
1 xörək qaşığı xardal
Bir neçə kahı yarpağı
Hazırlanması:
Ağ lobyanı süzüb üzərinə soyuq su gəzdirin. Yaşıl lobyanı duzlu suda qaynadın. Sonra süzüb soyuq suda gəzdirin. Pomidoru iki hissəyə bölün. Kahı yarpağını xırdalayın.
Sulu yağa duz, istiot və sirkə əlavə edib yaxşıca qarışdırın. Sonra üzərinə ağ və yaşıl lobyanı əlavə edib qarışdırın.
Əti ədviyyatlarla ovuşdurub əridilmiş yağda qızardın. Xardalı tavada qızarıb ətə qarışdırın. 4 dəqiqəliyinə falqaya bükün.
Süfrəyə veriləndə kahı yarpağı, lobyalar, pomidor üzərinə isə əti qoyun.