Qadin.NET / Duzlu tort salatı

Duzlu tort salatı

Duzlu tort salatı

2 porsiya

Tərkibi:

2 ədəd hisə verilmiş toyuq budu

50 qram kərəviz kökü

1 ədəd şirin qırmızı bibər 

1 ədəd alma

2 ədəd soğan

100 ml qram sirkə

1 ədəd kök

100 qram qara gavalı

50 qram qoz

100 ml qram mayonez və xama

Duzlu tort salatı

Hazırlanması:

Toyuq budunun dərisi soyulur, uzun şəkildə doğranılır. Kərəvəz sürtgəcdən keçirilir. Bibər və soğan uzun şəkildə doğranılır. Kök bişirilir,sürtgəcin iri gözündən keçirilir. Alma sürtgəcdən keçirilir. Soğanın üzərinə sirkə əlavə edilir, 30 dəqiqə gözlədikdən sonra duz,mayonez,xama ilə qarışdırılır. Boşqaba toyuq əti düzülür,üzərinə mayonezli xama çəkilir. Sonra üzərinə kərəvəz, alma, soğan, bibər və kök əlavə edilir. Yenidən mayonezli xama çəkilir. Sonda üzərinə qoz və gavalı səpilir.

7 yanvar 2017
GO BACK