Qadin.NET / "Qırmızı papaq" salatı (foto resept)

"Qırmızı papaq" salatı (foto resept)

Tərkibi:

Toyuq əti- 300 q.

Yumurta - 4 ədəd

Pendir - 140 q.

Kartof - 300 q.

Mayonez - 300 ml.

Kök - 350 q.

Qoz - 60 q.

Nar - 1 ədəd 

Duz zövgə görə

Hazırlanması: 

Əvvəlcə toyuğun döş ətini bişməyə qoyuruq.

Kök və kartof yuyulur, suda qaynadılır. Sonra xırda - xırda doğranilir.

Doğranmış toyuq ətini və kökü, ayrı - ayrı qablara qoyuruq.

Sonra mayonezdən hər bir qaba bir az əlavə edib qarışdırırıq.

Soyumuş toyuq əti və bişmiş yumurta xırda doğranır. 
Sonra pendir sürtgəcin iri gözündən keçirilir. 
Qozu xırda - xırda doğrayırıq. Nar dənələnir.
Aşağıdakı şəkildəki kimi dayaz boşqabın üzərinə mətbəx üçün olan kapron,
 və ya paslanmaz dəmir formasını qoyuruq.
  Formanın içinə doğranmış kartofu töküb qaşıqla yüngülcə üstündən basırıq.

Sonra mayonezi üstündən yayırıq.

Daha sonra sıralama ilə bütün ərzaqlar düzülür, hər layına mayonez qarışığı çəkilir.
Sonda nar dənələri səpilir və beləcə 5 - 10 dəqiqə soyuducuya qoyuruq.
Ehtiyatlı şəkildə formanı çıxarırıq və süfrəyə verərkən öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.
Budur, "Qırmizı papaq" salatımız hazırdır! 
 
 Nuş olsun!
(Tərcümə edilib)
24 dekabr 2016
GO BACK