Tərkibi:
"Zeytun bağları" zeytun yağı 3 x. q.
Toyuğun əti - 500 q.
Qara gavalı - 100 q.
Yumurta - 6 ədəd
Sarimsaq - 2 - 3 diş
Qoz - 100 q.
Mayonez
Duz
Hazırlanması:
Əvvəlcə toyuq ətini bişməyə qoyuruq.
Toyuq əti bişənə qədər, yumura calınır üzərinə 1 cimdik duz əlavə edilir.
Tavaya yağ tökün, yağ qızan kimi calinmiş yumurta yağın içinə əlavə edilir. Və vam odda bişirin.
Sonra o biri üzünə cevirin, onu da vam odda qızardın.
Sonra bişmiş yumurta bir az soyudulur və uzunsov doğranır.
Soyudulmuş toyuq əti xırda doğranır.
Gavalı isti suda yuyulur, gurudulur və xırda doğranır.
Qoz blenderdə xırdalanır.
Indi hamısını bir qaba töküb qarışdırın.
Əzilmiş sarimsağı əlavə edin, yaxşı qarışdırın.
Sonra mayonezi əlavə edirik, qarışdırırıq. Daha sonra servis edilə bilər.
Budur, salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)