Tərkibi:
Toyuq əti - 500 q.
Kələm - 400 q.
Pendir - 100 q.
Mayonez
Şüyüd
Duz
Hazırlanması:
Əvvəlcə toyuğun döş ətini bişməyə qoyuruq.
Qazanın suyu qızanda içinə baş soğan, dəfnə yarpağı, toxum istiot və duz əlavə edin ki, ət bişəndə dadlı olsun.
Sonra qaynar sudan əti çıxardıb dərisini soyuruq.
Toyuq əti doğranır.
Kələm yuyulur. Sonra şəkildəki kimi xırda doğranır.
Kələmin üzərinə bir çimdik duz səpilir və bir azca ovulur.
Sonra pendir sürtgəcin xırda gözündən keçirilir və doğranmış kələmin üzərinə səpilir.
Hamısını bir qaba töküb qarışdırın.Duz və mayonez əlavə edib, yaxşı qarışdırırıq.
Zövgə görə sonda xırda doğranmış şüyüd əlavə etmək olar.
Salatımız hazırdır.
Nuş olsun!
(Tərcümə edilib)