Tərkibi:
Kələm - 300 q.
Yumurta - 2 ədəd
Qirmizi şirin bibər - 1 ədəd
Şüyüd - 1 dəstə
Yaşıl noxud - 150 q.
Mayonez - 100 q.
Duz və istiot
Hazırlanması:
Əvvəlcə yumurta bişirilir.
Şirin bibər yuyulur və şəkildəki kimi doğranır.
Kələm yuyulur, sonra xırda doğranır.
Indi hamısını bir qaba töküb qarışdırın.
Üzərinə xırda doğranmış yumurta və yaşıl noxud əlavə edilir.
Şüyüd xırda doğranılır və salatın üzərinə əlavə olunur.
Sonra mayonez, duz və istiot əlavə edib yaxşı qarışdırırıq.
İndi salatı təqdim edəcəyiniz qaba servis edirik.
Əgər mayonezi azdırsa, onda bir az yenə əlavə edin.
Salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)