Tərkibi:
"Zeytun bağları" zeytun yağı
Mayonez və xama - 250 ml.
Konservləşdirilmiş göbələk - 200 q.
Kartof - 2 ədəd
Soğan - 2 ədəd
Toyuq ürəyi - 200 q.
Pendir - 200 q
Kök - 1 ədəd
Duz - istiot
Bəzək üçün:
Pomidor - 2 - 3 ədəd
Xiyar - 1 - 2 ədəd
Cəfəri və ya keşniş
Hazırlanması:
Əvvəlcə toyuq ürəklərini bişiririk. Sonra ayrıca kartofu bişiririk.
Soğan xırda doğranılır və zeytun yağında bir azca qovrulur.
Ürəkləri də xırda-xırda doğramaq lazımdır.
Əvvəlcə çiy kök yuyulur. Sonra sürtgəcin iri gözündən keçirilir.
Xama və mayonez qarışdırılır.
Sıralama ilə bütün ərzaqlar düzülüb hər layına mayonez, xama qarışığı çəkilir.
Sonda pendir hərtərəfli səpilir və beləcə soyuducuya qoyuruq.
Süfrəyə verərkən öz fantaziyanıza uyğun bəzəyə bilərsiniz.
Budur salatımız hazırdır!
Nuş olsun!
( Tərcümə edilib )