Tərkibi:
Mal ciyəri - 300 q.
Kartof - 2 ədəd
Xiyar - 1 ədəd
Yumurta - 3 ədəd
Baş soğan - 1 ədəd
Yaşıl soğan - 3 budaq
Mayonez
Duz
Hazırlanması:
Əvvəlcə ciyəri yuyuruq, sonra bişməyə qoyuruq.
Yuyulmuş kartofu da ayrıca bişməyə qoyuruq.
Soğanı xırda doğrayın.
Əgər soğan çox acıdırsa, onda belə edin:
Soğanın üzərinə qaynar su tökülür və 10 dəqiqə saxlanılır.
Sonra suyunu süzün və soyuq su ilə 2-3 dəfə yaxalayın ki, soyusun.
Bişmiş ciyər bu şəkildə doğranır.
Bişmiş kartof dördkünc şəkildə doğranır.
Xiyar şəkildəki kimi uzunsov doğranır.
Yumurta sürtkəcin orta gözündən keçirilir.
Indi hamısını böyük bir qaba töküb qarışdırın.
Duz və mayonez əlavə edib bir daha qarışdırın.
Son da yaşıl soğan xırda doğranılır və salatın üzərinə əlavə olunur.
Salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)