Tərkibi:
Konservləşdirilmiş qarğıdalı - 1 qutu - 340 q.
"Zeytun bağları" zeytun yağı - 6 x. q.
Limon şirəsi - 2 x. q.
Şüyüd - yarım dəstə
Sarımsaq - 1 - 2 diş
Kələm - 300 q.
Kök - 1 ədəd
Duz
Hazırlanması:
Əvvəlcə kələm yuyulur və şəkildəki kimi xırda doğranır.
Kələmin üzərinə bir çimdik duz səpilir və bir azca ovulur.
Kök də yuyulur. Sonra sürtgəcin iri gözündən keçirilir.
Sonra qarğıdalı əlavə edilir.
İndi salat üçün sous hazırlayaq:
Sousu hazırlamaq üçün duru yağ, limon şirəsi, duz və əzilmiş sarımsaq bir balaca qabda yaxşı qarışdırılır.
Şüyüd doğranır salatın üzərinə səpilir və yaxşı qarışdırılır.
Hamısını böyük bir qaba töküb qarışdırın.
Sonra hazır sousu əlavə edib, bir daha yaxşı qarışdırırıq.
Budur salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)