Qadin.NET / Kələm salatı (foto resept)

Kələm salatı (foto resept)

Tərkibi:

Kələm - 1 kq.

Alma sirkəsi - 75 ml.

  Yaşıl soğan - yarım dəstə
 "Zeytun bağları" zeytun yağı - 3 x. q.

Kök - 3 ədəd

Künçüt - 4 ç. q.

Keşniş - 1 dəstə

 Duz - 1/4 ç. q.

 Hazırlanması: 

Əvvəlcə kök yuyulur. Sonra sürtgəcin iri gözündən keçirilir. 

İndi salat üçün sous hazırlayaq:

Sousu hazırlamaq üçün duru yağ, sirkə, və duz bir balaca qabda yaxşı qarışdırılır.

 

Sonra kələm yuyulur və şəkildəki kimi xırda doğranır. 

 

Soğan xırda doğranılır. 
Hamısını böyük bir qaba töküb qarışdırın.

İndi küncütün yarısını və hazırladığımız sousu əlavə edib, yaxşı qarışdırırıq. 

Sonra küncütün ikinci yarısını bir az tavada qovururuq, və sonra salatın üzərinə əlavə edirik.

P.S. Salat çox durmamalıdır, çünki sulanacaq, təzə-təzə istifadə edin.

Budur kələm salatımız hazırdır! 
Nuş olsun!

 (Tərcümə edilib)

5 noyabr 2016
GO BACK