Tərkibi:
Çin kələmi - 150 q.
Toyuğun döş əti - 300 q.
Konservləşdirilmiş ananas - 1/2 qutu
Mayonez və ya xama
Suxarı - 50 q.
Duz
Hazırlanması:
Əvvəlcə toyuğun döş ətini bişməyə qoyuruq.
Sonra suyu süzülür.
Kələm şəkildəki kimi doğranır.
Ananas doğranır.
Toyuq əti doğranır.
Hamısını böyük bir qaba töküb qarışdırın.
Duz, xama və ya mayonez vurub bir daha qarışdırın.
Süfrəyə verərkən üzərini suxarı ilə bəzək verə bilərsiniz.
Salatımız hazırdır. Nuş olsun!
(Tərcümə edilib)