Tərkibi:
Pomidor - 300 q.
Konservləşdirilmiş lobya - 1 qutu - 250 q.
Konservləşdirilmiş qarğıdalı - 1/2 qutu - 150 q.
Şirin bibər - qırmızı, yaşıl, sarı
Zeytun yağı – 6 x. q.
Şəkər tozu - 1 ç. q.
Alma və ya üzüm sirkəsi - 2 x. q.
Baş soğan - 1 ədəd
Avokado - 1 ədəd
Duz - istiot
Hazırlanması:
Əvvəlcə şirin bibərlər yuyulur. Sonra hər birinin yarısı şəkildəki kimi xırda doğranır. Yani para bibər.
Pomidoru da xırda- xırda doğramaq lazımdır.
Qırmızı soğan da xırda doğranılır.
Avokado da xırda - xırda doğranır.
İndi salat üçün sous hazırlayaq:
Sousu hazırlamaq üçün duru yağ, sirkə, şəkər tozu, duz və istiot bir balaca bankada yaxşı qarışdırılır.
Hamısını böyük bir qaba töküb qarışdırın.
Sonra hazır sousu əlavə edib, bir daha yaxşı qarışdırırıq.
Budur salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)