Qadin.NET / Kələm salatı (foto resept)

Kələm salatı (foto resept)

Tərkibi:

Yaşıl soğan - 5 - 6 budaq

Qırmızı soğan - 1 ədəd

Kələm - 300 q.

Sarımsaq - 1 - 2 diş

 "Zeytun bağları" zeytun yağı

Çuğundur - 100 q.

Şəkər tozu - 1 ç. q.

Üzüm sirkəsi - 1 x. q. 

Şüyüd - yarım dəstə

 Duz və istiot

 Hazırlanması: 

 

Əvvəlcə kələm yuyulur. Sonra şəkildəki kimi xırda doğranır.

  

Kələmin üzərinə bir cimdik duz və istiot səpilir, və bir azca ovulur. 

Çuğundur yuyulur, sonra qabığı soyulur və sürtgəcin iri gözündən keçirilir. 

Yaşıl və qırmızı soğan xırda doğranılır. 

Hamısını bir qaba yığın. Amma, çuğunduru əlavə edəndə qabın dibindəki çuğundur şirəsini əlavə etməyin.
Üzərinə 1 xörək qaşığı üzüm sirkəsi və əzilmiş sarımsaq əlavə edin. 

Üzərinə duru yağ, duz, istiot və şəkər tozu əlavə edirik. 

Şüyüd doğranır və salatın üzərinə səpilir, və yaxşı qarışdırılır. 
Budur salatımız hazırdır.
Nuş olsun!

 (Tərcümə edilib)

27 oktyabr 2016
GO BACK