Qadin.NET / Asan salat (foto resept)

Asan salat (foto resept)

Tərkibi:

Toyuğun döş əti və ya bişmiş kolbasa - 300 q.

Konservləşdirilmiş yaşıl noxud - 1 qutu (yani 300 q.)

Şüyüd (balaca dəstə)

Kartof - 3 ədəd
Kök  - 2 ədəd

Duzlu xiyar - 150 q.

Yumurta - 3 ədəd

 Baş soğan qırmızı - 1 ədəd

  Mayonez 

Duz və istiot

Hazırlanması: 

Əvvəlcə tərəvəzlər yuyulur, sonra suda bişənədək qaynadılır.

Toyuğun döş ətini bişməyə qoyuruq.

Sonra toyuq ətini doğrayırıq.

Duzlu xiyar doğranır.  
Bişmiş kartof doğranır.  

Kök də xırda doğranır.

Yumurta xırda doğranır.  

Soğanı da xırda doğrayın.

Hamısını böyük bir qaba töküb qarışdırın.  

Duz, istiot, mayonez və yaşil noxud əlavə edib bir daha qarışdırın.

Son da şüyüd xırda doğranılır və salatin üzərinə əlavə olunur. 

Salatımız hazırdır.

Nuş olsun!

  (Tərcümə edilib)

24 oktyabr 2016
GO BACK