Tərkibi:
Çuğundur -1 ədəd
Kök -1 ədəd
Pendir - 80 q.
Üzüm qurusu - 2 x. q.
Mayonez - 6 x. q.
Qoz ləpəsi - 2 x. q.
Sarımsaq - 1 diş
Duz və istiot zövgə görə
Hazırlanması:
Çuğundur yuyulur, suda bişənədək qaynadılır.
Sonra kişmişin üzərinə qaynar su tökürük, və su ilıq olanda suyunu süzürük.
Soyuq suda bir dəfə yaxalayırıq və salfetin üzərinə sərib qurulayırıq.
Salatı hazırlayacağımız qaba ilk öncə bişməmiş kökü sürtgəcin xırda gözündən keçiririk.
Üzərinə mayonez və xırda doğranmış üzüm qurusu əlavə edirik. Yaxşı qarışdırırıq, bu salatımızın birinci qatıdır.
Sonda çuğunduru da başqa bir qabda sürtgəcdən keçirib üzərinə xırda dogranmış qoz və mayonez əlavə edirik.
Yaxşi qarışdırırıq və pendirin üzərinə əlavə edirik.
Qoz ləpəsi xırda doğranılır və tərəvəzlərin üzərinə əlavə olunur.
Sərt pendir sürtgəcdən keçirilir və qarışığın üzərinə əlavə olunur.
Ya da ki, öz zövqünüzə görə bəzək vurub süfrəyə verə bilərsiz.
Və budur asan, sadə və tez başa gələn tərəvəzli salatımız hazırdır!
Nuş olsun!
(Tərcümə edilib)