Əziz Qadin.Netlilər bugün sizə "Ləzziz badımcan" adlı ləziz bir yemək resepti paylaşacam.
Tərkibi:
5 badımcan
5 diş sarımsaq
2 x/q sirkə
1 dəstə cəfər
"Zeytun bağları" zeytun yağı 100 q
Hazırlanması:
Əvvəlcə badımcanı fal- fal doğrayın, falları da 2 yerə bölün.
Tavaya yağ tökün dağ olan kimi badımcanları qızardın.
Çox tünd rəngdə olmasın.
Sonra ayrı qabda sarımsağı əzib tökün. Üstünə də cəfəri doğrayın. 2 x/q sirkə qatıb qarışdırın.
Başqa bir qaba buluda qızarmış badımcanları düzün. Hər laya hazırladığımız qarışıqdan səpin. Bu hər lay davam edir.
Sonda bludun üstünü örtün. 15 dəqiqə qaldıqdan sonra ləzzətlə yeyə bilərsiniz.
Nuş olsun!