Tərkibi:
500 qr ət
60-70 qr "Best Cow" kərə yağı
1-2 ədəd soğan
1 dəstə keşniş
1-2 ədəd pomidor
Duz , istiot
Sirkə
Zirə
Ədviyyatlar zövqə uyğun
1 kq un
1 ədəd yumurta
1 st süd
1 st su
Hazırlanması:
Dərin qaba un, su, süd, yumurta, duz, yağ əlavə edilib bərk xəmir hazırlanılır.
Hazır xəmir 30 dəqiqə dincəlidilir.
Soğan xırda doğranılır.
Çəkilmiş ət yağda soğanla birlikdə qovrulur. Duz, istiot, ədviyyatlar əlavə edilir.
Qovrulmuş ətə xırda doğranmış pomidor və keşniş əlavə edilib qarışdırılır.
Xəmiri kiçik hissələrə ayırıb çox nazik yayılır.
Qıraqları formaya salınılır.
Dairənin ortasına içlik qoyulub şəkildəki kimi bərkidilir.
Bol qaynar yağda bişirilir.
Ətli perojkilərimiz hazırdır. Görünüşü kimi dadi da var. Hazırlayıb nuş edin.
Nuş olsun !
(Tərcümə edilib)