Tərkibi:
Qabaq- 2 ədəd
Kolbasa- 70 q
Un- 70 q
Yumurta- 2 ədəd
Qabartma tozu- 1 paket
"Best cow" kərə yağı- 50 q
Duz-istiot
Hazırlanması:
Qabaqları soyub sürtkəcin iri gözündən keçiririk. Üzərinə duz səpip 10-15 dəqiqə gözləyirik. Kabakları sıxıb suyunu atırıq.
Üzərinə yumurta əlavə edirik.
Qabartma tozu və duz əlavə etdiyimiz unu əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
Kolbasanı xırda-xırda doğramaq lazımdır.
Kolbasanı da əlavə edib qarışdırırıq.
(Kolbasa işlətməyənlər bişmiş ətdən istifadə edə bilər).
Keks qablarımızı kərə yağı ilə yağlayıb alınan qarışımı az-az əlavə edirik.
200 dərəcədə 30 dəqiqə bişiririk.
Kekslərimiz soyuduqdan sonra süfrəyə təqdim edə bilərik.
Nuş olsun!