Qadin.NET / İçi doldurulmuş badımcan(foto resept)

İçi doldurulmuş badımcan(foto resept)

Tərkibi:

Badımcan - 2 ədəd

Soğan- 1 ədəd

Sarımsaq- 3 diş

Pomidor- 1 ədəd

Yumurta- 2 ədəd

"Best Cow" kərə yağı- 1 q

Pendir- 100 q

Şüyüd

Duz-istiot

Hazırlanması:

İlk öncə badımcanları iki hissəyə bölüb ehtiyatla içini çıxarırıq. Duz-istiot səpirik. Soğanı xırda-xırda doğrayırıq.

Üzərinə sarımsağı əzirik. Kərə yağında qızarana qədər bişiririk.

İçi doldurulmuş badımcan(foto resept)

Badımcanın içindən çıxardıqlarımızı da soğana əlavə edib birlikdə qovururuq. Pomidorun qabığını soyub xırda-xırda doğrayırıq.

İçi doldurulmuş badımcan(foto resept)

Əvvəlcdən bişirdiyimiz yumurtaları da doğrayıb əlavə edirik soğanın üzərinə.

Pendiri sürtgəcin iri gözündən keçirib yarısını da bura əlavə edirik. Duz-istiot və xırda doğranmış şüyüd əlavə edib qarışdırırıq.

İçi doldurulmuş badımcan(foto resept)

Hazırladığımız içliklə badımcanları doldururuq.

İçi doldurulmuş badımcan(foto resept)

Üzərinə pendir səpirik. Pendirin yanmaması üçün üzərinə folqa kağızı qoymaq lazımdır. 180-200 dərəcədə- 30 dəqiqə bişiririk.

İçi doldurulmuş badımcan(foto resept)

Dadlı badımcanlarımız hazırdır.

İçi doldurulmuş badımcan(foto resept)

Nuş olsun!

15 iyun 2016
GO BACK