Qadin.NET / Yulaflı, kabaklı zapekanka(foto resept)

Yulaflı, kabaklı zapekanka(foto resept)

Tərkibi:

Kabak-2 ədəd

Yumurta- 2 ədəd

Yulaf dənəcikləri- 1 stəkan

Süd- 50 q

Pendir- 50 q

"Zeytun bağları" zeytun yağ

Duz-istiot

Şüyüd

Hazırlanması:

Kabakları yuyub qabığını soyub sürtkəcin iri gözündən keçiririk. 20 dəqiq saxlamaq lazımdır ki, suyu çıxsın. Yumurtanı süd ilə yaxşı-yaxşı qarışdırırıq. Pendiri sürtkəcin iri gözündən keçiririk. Kabağı sıxıb yumrutanın üzərinə əlavə edirik. Pendirin yarısını da əlavə edirik. Duz-istiot səpirik. Yaxşı-yaxşı qarışdırırıq.

Yulaflı, kabaklı zapekanka(foto resept)

Sonda yulaf dənəciklərini və xırda doğranmış şüyüdü əlavə edib qarışdırırıq. Zapekankanı bişirəcəyimiz qabı zeytun yağı ilə yağlayırıq. Və kabaklı qarışımı qaba əlavə edirik.

Yulaflı, kabaklı zapekanka(foto resept)

Üzərinə qalan pendiri də səpirik. 200 dərəcədə 40-45 dəqiqə bişiririk.

Yulaflı, kabaklı zapekanka(foto resept) 
Yulaflı, kabaklı zapekanka(foto resept)

Dadlı zapekanka hazırdır.

Yulaflı, kabaklı zapekanka(foto resept)

Nuş olsun!

13 iyun 2016
GO BACK