Tərkibi:
Badımcan- 2 dədə
Pomidor- 3 ədəd
Göbələk- 6 ədədə
Xama- 100 q
Pendir- 100 q
Sarımsaq- 2 diş
Duz, istiot
"Zeytun bağları" zeytun yağı
Hazırlanması:
Badımcanı yuyub şəkildə gördüyünüz kimi doğrayırıq.
Duz-istiot səpib 30 dəqiqə gözləyirik.
Pomidoru və göbələyi yumru-yumru doğrayırıq. Xamanın üzərinə sarımsaq əzirik. Pendiri sürtgəcdən keçiririk.
Bişirəcəyimiz qabı zeytun yağı ilə yağlamaq lazımdır.
Badımcanı düzürük qaba. Sonra üzərinə göbələkləri, onun da üzərinə pomidorları düzürük.
Hər birinin üzərinə xama çəkirik. Sonda isə pendir səpirik.180 dərəcədə 35 dəqiqə bişiririk.
Göbələkli badımcan zapekankamız hazırdır.
Nuş olsun!