Tərkibi:
Qat-qat xəmir- 400 q
Göbələk- 300 q
Soğan- 1 ədəd
Duzlu xiyar- 1 ədəd
Pendir-120 q
"Zeytun bağları" zeytun yağı
Ketçup
Duz- istiot
Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb göbələklə birlikdə qızarana qədər bişiririk.
Qat qat xəmiri şəkildə gördüyünüz kimi kəsirik.
Hər iki tərəfdən uclarını bükürük. İçinə ketçup çəkirik. İçinə göbələyi əlavə edirik.
Sonra duzlu xiyarı şəkildə gördüyünüz kimi doğrayıb düzürük. 200 dərəcədə 20-30 dəqiqə bişiririk.
Bu arada pendiri sürtgəcin iri gözündən keçiririk.
Mini pizzalarımızı sobadan çıxarıb üzərinə səpirik.
Sonra 5 dəqiqə daha pendirlərin əriməsi üçün sobaya yerləşdiririk.
Qayıq pizzamız hazırdır.
Nuş olsun!