Qadin.NET / Sosisli piroq (foto resept)

Sosisli piroq (foto resept)

Tərkibi:

Qat-qat xəmir- 500 q

Kələm turşusu-500 q

Düyü- 100 q

Sosiska-500 q

Soğan- 1 ədəd

Yumurta- 1 ədəd

Bitki yağı- 1, 5 x.q

Un- 1 x.q

Hazırlanması:

İlk öncə düyünü bir qazanda bişiririk. Kələm turşusunun üzərinə su əlavə edib yumşalana kimi bişiririk.

Soğanı xırda-xərda doğrayıb bitki yağında bişiririk. Sonra üzərinə kələm turşusunu əlavə edib 5 dəqiqə birlikdə bişiririk.

Sosisli piroq (foto resept)

Düyünün üzərinə duz-istiot, soğanlı kələm turşusu, 1 ədəd yumurta əlavə edib yaxşı-yaxşı qarşdırmaq lazımdır.

Qat-qat xəmiri düzbucaqlı formada yayırıq.

Sosisli piroq (foto resept)

Bişirəcəyimiz düzbucaqlı qabın içinə yerləşdirirk. Əvvəlcə içlik əlavə edik bir az.

Sosisli piroq (foto resept)

Sonra sosilərdən 2-3 ədəd düzürük üstünə. Sonra yenidən içlik və sosis. Beləcə 2-3 sıra sosi və içlik əlavə edə bilərsiniz.

Sosisli piroq (foto resept)

Xəmirin kənarlarını kəsib üzərini bəzəmək üçün saxlaya bilərsiniz.

Sosisli piroq (foto resept)

Mən üzərini belə xırda güllər kəsərək bəzədim. Sonra üzərinə yumurta sarı çəkirik.

Sosisli piroq (foto resept)

200 dərəcədə 45-50 dəqiqə bişiririk.

Sosisli piroq (foto resept)

Dadlı piroqumuz hazırdır. 

Sosisli piroq (foto resept)
Sosisli piroq (foto resept)

Nuş olsun!

10 may 2016
GO BACK