Tərkibi:
Qat-qat xəmir - 0,5 kq
Balıq farşı- 450 1
Soğan - 1 ədəd
Yumurta- 2 ədəd
Duz-istiot
Cəfəri
Küncüt
Hazırlanması:
Balıq farşının üzərinə cəfəri, 1 ədəd yumurta, duz-istiot əlavə edib qarışdırırıq.
Əgər ət çox duru alınarsa, üzərinə 1 x.q manna da əlavə edə bilərsiniz. Xırda-xırda dairəciklər hazırlayırıq.
Xəmiri şəkildə gördüyünüz kimi 1 sm enliyində kəsirik. Balıqdan hazırladığımız dairəcikləri üzərinə yerləşdirib bükürük.
1 dairəcik üçün 3 lent xəmir istifadə edə bilərsiniz. Üzərinə yumurta çəkib küncüt səpirik.
200 dərəcədə 30-35 dəqiqə bişirmək lazımdır. Balıqlı dairəciklərimiz hazırıdır.
Nuş olsun!
Tərcümə olunub