Tərkibi:
Balıq- 1 ədəd
Xama- 200 q
Soğan-1 ədəd
Yumurta-1 ədəd
Pendir- 100 q
Bitki yağı
Şüyüd
Duz-istiot
Hazırlanması:
Soğanı xırda-xırda doğrayıb qızarana qədər bişiririk.
Sonra xama, yumurta, qovrulmuş soğan və xırda doğranmış şüyüd birlikdə qarışdırılır.
Balığı şəkildə gördüyünüz kimi doğrayıb duz-istiot səpirik. Sobada bişirəcəyimiz qaba düzürük.
Xamalı sousu balığın üzərinə əlavə edirik.
Sonra pendiri sürtgəcin iri gözündən sousun üzrinə keçiririk.
200 dərəcədə 15-20 dəqiqə bişiririk.
Üzəri bir az qızardıqda sobadan götürürük.
Nuş olsun!