Tərkibi:
Skumbriya- 1 ədəd
Kök- 1 ədəd
Soğan-1 ədəd
Göbələk-3-4 ədəd
Manna-o,5 x.q
Mayonez-1 x.q
Duz-istiot
Bitki yağı
Hazırlanması:
Soğanı xırda-xırda doğrayırıq. Kökü sürtgəcin iri gözündən keçiririk. Göbələyi də şəkildə gördüyünüz kimi doğramaq lazımdır.
Soğanı yumşalana kimi bişiririk.
Göbələyi əlavə edirik.
Kökü əlavə edib az odda bişiririk.
Bir fincana əlavə edib üzərinə duz-istiot və manna səpirik.
Yaxşı-yaxşı qarışdırırıq.
İndi isə balığı təmziləyib yuyub, bel sümüyünü çıxarırıq. Üzərinə duz-istiot səpirik.
Balığın üzərinə mayonez çəkib içliyi əlavə edirik.
Büküb diş çöpləri ilə bir neçə yerdən içliyin dağılmaması üçün bağlaya bilərik. Sonra balığın üzərinə də mayonez çəkib istiot səpirik.
Falqa kağızına bükürük. 180 dərəcədə 30-35 dəqiqə bişiririk.
Sonra folqa kağızını açırıq və yenidən 5 dəqiqə balıq qızarana kimi bişiririk.
Süfrəyə təqdim edərkən zövqünüzə uyğun bəzəyə bilərsiniz.
Nuş olsun!