Qadin.NET / Pendirli sousda küftəciklər(foto resept)

Pendirli sousda küftəciklər(foto resept)

Tərkibi:

Dana əti-500 q

Soğan- 1 ədəd

Yumurta 1- ədəd

Sarımsaq- 3 diş

Qaymaq-300 ml

Pendir-150 q

Manna- 1 x.q

Duz-istiot-zövqə görə

Hazırlanması: 

Pendirli sousda küftəciklər(foto resept)

Əti və soğanı ətçəkən maşından keçiririk.

Pendirli sousda küftəciklər(foto resept)

Üzərinə 1 yumurta da əlavə edib qarışdırırıq. Sonra manna, duz-istiot əlavə edib yenidən qarışdırırıq.

Pendirli sousda küftəciklər(foto resept)

Küftəcikləri bişirəcəyimiz qaba qaymağın yarısını əlavə edirik. Xırda küftəciklər hazırlayıb qaymağın içinə əlavə edirik.

Pendirli sousda küftəciklər(foto resept)

180 dərəcədə 15-20 dəqiqə sobada bişiririk.

Pendirli sousda küftəciklər(foto resept)
Pendirli sousda küftəciklər(foto resept)

Küftəciklər bişənə qədər qalan qaymağın üzərinə pendiri və sarımsağı sürtgəcdən keçiririk.

Pendirli sousda küftəciklər(foto resept)

Küftəcikləri sobadan çıxarıb üzərinə əlavə edirik. Yenidən 20-25 dəqiqə sobada bişiririk.

Pendirli sousda küftəciklər(foto resept)
Küftəciklərimiz hazırdır.
Pendirli sousda küftəciklər(foto resept)

Mən üzərini göy soğan və cəfəri ilə bəzədim. Siz də zövqünüzə uyğun göyərti ilə bəzəyə bilərsiniz.

Pendirli sousda küftəciklər(foto resept)

Nuş olsun!

23 aprel 2016
GO BACK