Tərkibi:
Göbələk-10 ədəd
Badmcan 1 ədəd
Soğan- 1 ədəd
Xama- 3 x.q
Şüyüd
"Zeytun bağları" zeytun yağı
Limon
Hazırlanması:
Göbələklər çox kiçik olmamamlıdır. Göbələyi seçərkən iri ölçülü olmasına diqqət yetirin.
Göbələklərin qabığını ehtiyatla çıxarırıq. Sonra zeytun yağı ilə yağlayıb 180 dərəcədə 20-25 dəqiqə bişiririk.
Göbələklərin ayaqlarını yuyub xırda-xırda doğrayırıq.
Soğanı və badımcanı da xırda-xırda doğrayıb tavada bişiririk. Üzərinə duz-istiot səpirik.
Bişməsinə 2-3 dəqiqə qalmış xama və xırda doğranmış şüyüd əlavə edirik.
Hazırladığımız içliyi göbələyin içinə yığırıq.
Limonu bəzəmək üçün istifadə edirik. Zövqə görə sonda üzərinə pendir də sürtgəcdən keçirmək olar.
Nuş olsun!