Qadin.NET / Tavada pendirli, göyərtəli börək (foto-resept)

Tavada pendirli, göyərtəli börək (foto-resept)

Tərkibi:

Adi mayalı xəmir.

Holland pendiri(və ya sadə pendir)- 250 q 

İstəsəniz kəsmik əlavə edə bilərsiniz - 250 q

"Best Cow" kərə yağı-200 q

Yumurta- 2 ədəd

Qatıq 2 x.q.

Süd

Göyərti zövqə görə (əsasən ispanaq)

Zovqə görə duz, istiot

 Hazırlanması:

 Una, duz, yumurta, süd, maya əlavə edilib yumsaq xəmir yoğrulur. 30 dəqiqə gəlmək üçün isti yerə  qoyulur.

Göyərtilər yuyulur, təmizlənir doğranılır.

 Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Pendir və kəsmik rəndələnib göyə qatılır. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)

 Duz, istiot vurulub qarışdırılır. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Mayalı xəmirdən kündələr kəsib oxlovla nazik yayırıq. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)
Tavada  pendirli, göyərtəli börək (foto-resept)

 Tavanı yağlayıb, yaydığımız yuxanı ora səririk. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Yağlayırıq bu yuxanı. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Üzərinə başqa bir yuxa səririk və yağlayırıq. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Sonra içliyi bura əlavə edirik. Kərə yağı kəsilir və göyərtənin üzərinə qoyulur. 

Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Yenə yuxa səririk və yağlayırıq.

Tavada  pendirli, göyərtəli börək (foto-resept)
Sonra tavanın qırağındakı yuxaları da içəri qatlayırıq və yumurtalı qatıq qarışığını xəmirin üzərinə çəkirik.
Tavada  pendirli, göyərtəli börək (foto-resept)
Sobada 30-40 dəqiqə üzəri qızarana kimi  bişiririk. Börəyimiz  hazırdır. 
Tavada  pendirli, göyərtəli börək (foto-resept)

Nuş olsun, xanımlar.

27 mart 2016
GO BACK