Tərkibi:
Veççina- 800 q
Yaşıl noxud- 400 q
Kartof- 3 ədəd
Kök- 4 ədəd
Yumurta- 5 ədəd
Yaşıl soğan- 1 dəstə
Şüyüd- 1 dəstə
Turşu xiyar- 4-5 ədəd
Duz-istiot
Mayonez
Hazırlanması:
Yumurtanı, kökü, kartofu əvvəlcədən bişiririk.
Sonra kartofu xırda-xırda doğryırıq.
Kökü də eyni ilə doğramaq lazımdır.
Yumurtanı şəkildə gördüyünüz kimi doğrayırıq.
Turşu xiyarı da dördkünc formada doğramaq lazımdır.
Şüyüdü, göy soağnı xırda-xırda doğrayırıq.
Bunları bir qaba əlavə edirik.
Veççinanı da doğrayıb əlavə edirik.
Yaşıl noxudu da əlavə etdikdən sonra duz-istiot səpib yaxşı-yaxşı qarışdırıq. Sonra mayonezi əlavə edirik.
Olivye salatımız hazırdır.
Nuş olsun!