Tərkibi:
200 qr.düyü lapşası
3 ədəd bibər yaşıl, qırmızı, sarı
2 yerkökü
2 diş sarımsaq
1 ədəd təzə xiyar
yağ, duz, sirkə istəyə görə.
İlk öncə lapşanın üzərinə soyuq su tökülür 10 dəqiqə saxlanılır.
Daha sonra soyuq su süzülür, üzərinə qaynar su əlavə edilir və şişməsi gözlənilir. Hazır bu vəziyyətdə olur.
Bibərlər uzun formada doğranılır, yağda qovrulur.
Daha sonra yerkökü və sarmısaq əlavə edilir, qovrulur.
Tərəvəzlər soyuduqdan sonra üzərinə lapşa, uzun doğranılmış xiyar, duz, sirkə əlavə edilir, qatışdırılır.
Salat hazırdı.