Tərkibi:
Duzu siyənək balığı
Kartof-2 ədəd
Kök-3-4 ədəd
Çuğundur-3 ədəd
Göy soğan-1 dəstə
Duz-istiot
Mayonez
Hazırlanması:
Kökü, çuğunduru, kartofu bişirib soyumasını gözləyirik. Balığın dərisini ehtiyatla çıxarırıq.
Salatı hazırlayacağımız qaba ilk öncə kartofu sürtgəcin iri gözündən keçiririk.
Üzərinə mayonez çəkirik.
Siyənək balığını da xırda-xırda doğrayıb kartofun üzərinə əlavə edirik.
Göy soğanı xırda-xırda doğrayıb balığın üzərinə əlavə edirik.
Sonra kökü də sürtgəcdən keçirib əlavə edirik.
Mayonez çəkirik.
Sonda çuğunduru da sürtgəcdən keçirib əlavə edirik. Mayonezlə üzərini bağlayırıq.
Çox dadlı və faydalı salatdır.
Nuş olsun!