Tərkibi:
Kəsmik- 200 q
Şüyüd- 1 dəstə
Duz-istiot
Qoz-200 q
Qaymaq- 2 x.q
"Best Cow" kərə yağı- 2 x.q
Meyvə qurusu- zövqə görə
Parmezan pendiri
Duzlu peçenye
Hazırlanması:
Blenderin qabına qaymaq, kəsmik, duz və istiot əlavə edib yaxşıca qarışdırırıq.
Sonra pendir, kərə yağı da əlavə edib yenidən bir az qarışdırmaq lazımdır.
Əvvəlcədən blenderdən keçirdiyimiz qozu da əlavə edib əllə qarışdırırıq.
Şüyüdü blenderdən keçirib bir qaba yığırıq.
Əlimizlə alınan kütləni şam ağacına bənzər hala gətirib şüyüdlə hər tərəfini örtürük.
Təqdim edəcəyimiz qaba duzlu peçenye düzürük. Alınan şam ağaclarını peçenyenin üzərinə qoyuruq.
Meyvə qurusunu isə dekor kimi yanında yerləşdirirk. Meyvə qurusu gözəlliklə bərabər maraqlı dad verir şam ağacımıza.
Pendirli şam ağacımız hazırdır.
Nuş olsun!