Tərkibi:
Un-130 q
Qabartma tozu- 1 paket
Duz
Şəkər tozu-0,5 x.q
"Best Cow" kərə yağı-30 q
Pendir- 50 q
Yaşıl soğan- 1 dəstə
Xama- 100 q
Yumurta-6-7 ədəd
Hazırlanması:
Un, duz, qabartma tozu, şəkər tozu, kərə yağı və pendir blenderdə qarışdırılır. Sonra üzərinə xama və yaşıl soğan əlavə edib əlimizlə yavaş-yavaş qarışdırırıq.
Yumurtaları qaynatdıqdan sonra qabığını təmizləyib soyuduruq.
Hazırladığımız xəmiri yumurtanın sayı qədər hissələrə ayırırıq.
Əlimizlə yumrulayıb içinə yumurta yerləşdirib bükürük. Bişirəcəyimiz qaba falqa kağızı yerləşdirib dairəcikləri onun üzərinə düzürük.
İlk olaraq 00-220 dərəcədə 4 dəqiqə bişiririk.
Sonra 180-190 dərəcədə daha 10 dəqiqə bişirmək lazımdır. Süfrəyə isti və ya soyuq halda vermək olar.
Pendirli, yumurtalı dairəciklər hazırdır.
Bu qəlyanaltı səhər yeməyi üçün vazkeçilməzdir.
Nuş olsun!
Tərcümə olunub