Tərkibi:
Konservləşdirilmiş balıq- 1 banka
Kartof-1 ədəd
Kök- 1 ədəd
Yumurta- 2 ədəd
Pendir- 100 q
Göy soğan-4-5 dənə
Xama- 2 x.q
Soya sousu-1 x.q
Ağ küncüt-4-5 x.q
Hazırlanması:
İlk öncə kartofu, yumurtanı və kökü qaynadıb soyuduruq.
Sonra balığın suyunu süzüb qaba qoyub çəngəllə əzirik.
Kartofu sürtkəcin iri gözündən, kökü isə xırda gözündən keçirmək lazımdır.
Pendiri və yumurtanı isə xırda göüzndən keçirib qarışdırırıq.
Göy soğanı xırda-xırda doğrayııb əlavə edirik.
Xama və soya sousunu da əlavə edib yaxşı-yaxşı qarışdırırıq.
Qoz boyda dairəciklər hazırlayırıq əlimizlə.
Əvvəlcədən qovurduğumuz küncütün üzərinə qoyub fırladırıq. Dairəciklərin hər tərəfi küncüt olmalıdır. Servis edəcəyimiz qaba yığıb zövqə görə bəzəyirik.
Balıqlı dairəciklər çox zərif, yumşaq və dadlı olur.
Nuş olsun!