Qadin.NET / Pendirli blinçiklər(foto resept)

Pendirli blinçiklər(foto resept)

Tərkibi:

Un- 1 stəkan

Süd- 1,5 stəkan

Pendir - 150 q

 Yumurta- 2 ədəd

Cəfəri- 1 dəstə

Qabartma tozu- 1 paçka

Şəkər tozu- 1 ç.q

Duz- 1 ç.q

"Best Cow" kərə yağı- 50 q

"Zeytun bağları" zeytun yağı- 1 x.q

Sarımsaq- 1 diş

Hazırlanması:

Pendirli blinçiklər(foto resept)

Pendiri sürtgəcdən keçiririk.

Pendirli blinçiklər(foto resept)

Cəfərini yuyub qurutduqdan sonra xırda-xırda doğrayırıq.

Pendirli blinçiklər(foto resept)

Unu ələyirik.

Pendirli blinçiklər(foto resept)

Sarımsağı sarımsaq əzəndən keçiririk.

Pendirli blinçiklər(foto resept)

Yumurtanı şəkər tozu və duz ilə mikserlə çalırıq.

Pendirli blinçiklər(foto resept)
Pendirli blinçiklər(foto resept)

Südü ilıq halda yumurtanın üzərinə əlavə edib yaxşıca qarışdırmaq lazımdır. Un və qabartma tozunu da əlavə edib qarışdırırıq.

Pendirli blinçiklər(foto resept)

Pendiri, cəfərini, sarımsağı və yağı əlavə edib yenidən qarışdırırıq. İsidilmiş tavanı zeytun yağı ilə silib bilinçiklər bişirməyə başlayırıq.

Pendirli blinçiklər(foto resept)

Hazır olan blinçiklərinin üzərini istəsəniz kərə yağı ilə yağlaya bilərsiniz. Pendirli, cəfərili blinçiklər hazırıdır. 

Pendirli blinçiklər(foto resept)
Nuş olsun!
5 dekabr 2015
GO BACK